Sentyabrın 1-dən 14-dək Bakıda 42-ci Dünya Şahmat Olimpiadası keçiriləcək. 180 ölkənin təmsil olunacağı mötəbər turnir ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şahmat Olimpiadasının Əməliyyat Komitəsi tərəfindən “İncəsənət və şahmat festivalı” təşkil olunub.
Festivala qatılan 23 fırça ustası şahmat fiqurlarını müxtəlif rənglərə boyamaqla onların üzərində qeyri-adi və unikal sənət əsərləri yaradıb. İstedadları sayəsində kreativlik və şahmat ab-havası yaradan rəssamlar hər bir fiqurun özünəməxsus incəsənət nümunəsinə çevrilməsinə nail olublar.
Müxtəlif yaşlı gənc peşəkar və həvəskar rəssamların qatıldığı festivalın qalibi üçün min manat məbləğində pul mükafatı və Dünya Şahmat Olimpiadasının təntənəli açılış mərasiminə ikinəfərlik dəvətnamə nəzərdə tutulub.