Sumqayıt şəhər Mədəniyyət evi Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirib.
Türkan Mahmudova və Əlipaşa Paşayevin aparıcılıq etdiyi "Könlümü şeirə vermişəm" adlı ədəbi-bədii gecədə şairin həyat və yaradıcılığı haqqında məlumat verilib, "Xəyal" instrumental ansamblı solistlərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib. Tədbirdə şair Əvəz Mahmud Lələdağ çıxış edib, bədii qiraət ustası Gülbəniz Abbasovanın ifasında şairin "Ana və poctalyon" şeiri böyük maraqla qarşılanıb.
S.Vurğun adına Mərkəzi kitabxana tərəfindən şairin həyat və yaradıcılığını əhatə edən kitablar nümayiş edilib.