Mədəniyyət və Turizm Nazirliyinin dəstək verdiyi “Start” tələbə filmlərinin V Beynəlxalq festivalı öz işini başa çatdırıb. Qeyd edək ki, Azərbaycan, Rusiya, İran, Misir, Belarus, Ukrayna, Gürcüstan və başqa ölkələrdən gələn rejissorların qatıldığı festivalda  müsabiqəyə buraxılan 50 film nümayiş olunub.”1-30 dəqiqəlik dünya” şüarı altında keçirilən festivalın sonuncu günü isə münsiflər heyətinin yekun qərarı elan edilib. Kinorejissor Şamil Nəcəfzadənin sədr olduğu münsiflər heyəti 7 nominasiya üzrə qalib filmlərin adını açıqlayıb. Aşağıdakı filmlər festivalın mükafat və diplomlarına layiq görülüb.

Ən yaxşı cizgi filmi (mükafat) - «Ölçüdə» (rej: Marina Maşkova Rusiya)
Ən yaxhı cizgi filmi (diplom) - «Baş» (rej. Nəsrin Gül Batmanoğlu, Türkiyə)
Ən yaxşı sənədli film (mükafat) - «Günaydın, günəşim» (rej. Ulyana Konovalova, Ukrayna)
Ən yaxşı sənədli film (diplom) - «Lahıc ritmləri» (rej. Fariz Əhmədov, Azərbaycan)

Ən yaxşı bədii film (mükafat) - «Ayaq altında» (rej. Cem Öztüfəng, Türkiyə)  və “Yoxuş” (rej.Mehmetcan Mertoğlu, Türkiyə)
Ən yaxşı bədii film (diplom) - «Kəşmir» (rej.Nadir Canvər, İran)

Festivalın baş mükafatını, Qran-prini isə Misir rejissoru Mohanad Hassanın “Nur” cizgi filmi qazanıb. Qeyd edək ki, “Mədəniyyət” qəzeti  festivala informasiya dəstəyi vermişdir.

 







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar