Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov «Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan» mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, beynəlxalq simpozium bu ilin aprelində Naxçıvan şəhərində keçiriləcək. Qeyd edək ki, yaxın 5 il ərzində Nuh peyğəmbər və dünya tufanının Naxçıvanla bağlılığını iddia edən 20-dən çox kitab, monoqrafiya, 120-dən çox elmi məqalə dərc olunub. Tədqiqatlar nəticəsində Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstu türbəsinin yeri müəyyənləşdirilib və həmin yerdə abidə ucaldılıb.






Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar