İnanclara görə, Od çərşənbəsində ocağı boş qoymazlar
Od çərşənbəsi ilaxır çərşənbələrdən ikincisidir. Buna xalq arasında «Üsgü çərşənbə», «Üsgü gecəsi», yaxud əzizləmə məqsədi ilə «Adlı çərşənbə» də deyilir. Od çərşənbəsi əski görüşlərlə bağlı olub Günəşi, Odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar Günəşi və odu nə qədər əzizləyib oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Əski inamlara görə, Günəş-Od-Atəş tapınmasının ilk nümunəsi, daha doğrusu, mənbəyi Ağacın gövdəsində yatan istiliklə bağlıydı. Əski etiqadlarda insanın qızındığı ilk mənbə də ağac kultu hesab olunurdu. Atəşpərəst etiqadlarına görə, «Müqəddəs od»u insana ağac vermişdi. Daha doğrusu, insan iki ağacı bir-birinə sürtməklə od əldə etmişdi. Od çərşənbəsi - Günəş - Od- Atəş inamı ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzədək gəlib çatıb.
Odlu çərşənbədə adamlar sübh tezdən hündür bir təpənin üstündə tonqal qalayardılar. Həmin tonqalın dövrəsinə toplaşaraq Günəşin doğmasını gözləyərdilər. Elə ki, Günəş doğdu, hamı onu salamlayan «Qodu xan» nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə tonqaldan öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evə tələsərdi. Adamlar tonqalın dövrəsinə dolandıqca, eləcə də, gəlib öz ocaqlarıını yandırdıqca oxuyardılar:
Qodu xan, Qodu xan,
Söndürmə odu, xan.
At üstə ad gətir,
Ulusa od gətir.
Sözü bal Qodu xan,
Özü al, Qodu xan.
Günəş istisini arzulayan ulu babalarımız Odlu çərşənbədə sübh tezdən Günəşə qurban aparardılar. Daha erkən çağlarda aparılan belə qurban adətən kəhər at olardı. Bir nəfər yedəyindəki atı uca bir təpənin üstünə çəkərdi. Əlində balta olan başqa bir nəfər isə arxadan onları müşahidə edərdi. Gün doğanda at təpənin üstündə olar, günəşin doğması şərəfinə onu qurban kəsərdilər. Xalqda belə inam olardı ki, qırmızı kəhərin Günəşə qurban kəsilməsi adamlara xoşbəxtlik və səadət gətirəcək. Xalqımızın ən qədim görüşlərindən olan bu mərasim bir sıra qayaüstü rəsmlərdə də əks edilb. Od çərşənbəsi ilə bağlı günümüzə qədər gəlib çatan inanclar və adətlər arasında oda, ağaca olan inam da xüsusilə diqqəti cəlb edir. Onlara ən maraqlı misal kimi, "Ocağı şər vaxtı söndürməzlər", "Od çərşənbəsində ocağı boş qoymazlar" və sair deyimləri xatırladırıq.
Biz də həmin inanclara istinad edərək, sizlərə və bütün inanc sahibi olan xalqımıza bu çərşənbə günlərində ocaqlarının heç zaman sönməməsi və heç zaman boş qalmamasını arzu edirik. Qoy gələn od çərşənbəsində tonqallarımız Qarabağda çatılsın!
Həmidə Nizamiqızı