Qarabağ xalçaları bu gün də Azərbaycan incəsənətini dünya muzeylərində, müxtəlif sənətşünaslıq sərgilərində şöhrətləndirir. Təəssüf ki, son illər ölkəmizdə bu incəsənət nümunələrinin kütləvi istehsalı azalıb. Hazırda bu işin əsas ağırlığı Ağdam Xalçaçılıq Fabrikinin üstündədir. 1941-ci ildə palaz arteli kimi işə başlayan bu müəssisə sonradan fabrikə çevrilib və gözəl məhsulları ilə 50 ilə qədər dünyanın hər yerində Azərbaycan xalçaçılığının bir qolunu təşkil edib. Ağdamın işğalından əvvəl fabrikin 500 işçisi olub. İndi Bərdə rayon ərazisindəki müəssisədə 30 nəfərə yaxın insan çalışır.
    Fabrikin baş məsləhətçisi Aybəniz Cəfərova bildirib ki, ermənilərin dünya xalçaçılıq sənətinə təqdim etdiyi ən məşhur xalılar, əslində, Azərbaycan incəsənətinə məxsusdur. «Xanlıq», «Ağ çiçəklər» və «İnci» çeşniləri Qarabağ xalçaçılıq məktəbinə məxsusdur. Bu növ xalçalar yalnız Qarabağda toxunub.
   A.Cəfərova onu da qeyd edib ki, bu gün xalçaçılığa maraq göstərənlər çoxdur. Amma istehsal sahələrinin və bazarın olmaması onların bu sənətə yiyələnməsini əngəlləyir. Xarici ölkələrdən bu gün Azərbaycan bazarlarına daxil olan böyükhəcmli xalçalar bazarda 100-150 manat dəyərindədir. Amma əl toxunuşlu eyni ölçülü yerli xalça 1500-2000 manata satılır.
   
   “Mədəniyyət”







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar