Azərbaycan tarixinin bu günə kimi açılmayan və ciddi araşdırmaya ehtiyacı olan bir sıra memarlıq abidələri var. Belə abidələrdən biri də Balakən rayonunun Gərəkli kəndində, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən «Pəri qala»dır.
   Tarixi mənbələrdə göstərilir ki, bu səkkiz bürclü qala el-obada cəngavər kimi tanınan Pəri adlı xanımın şərəfinə ucaldılıb. XVI əsr tarixi memarlıq abidəsinin uzunluğu 50, eni 20 metr, divarların qalınlığı isə 2-6 metr arasında dəyişir. Səkkiz bürclü qalada 24 otaq, at və qoşquların saxlanması, həmçinin ərzaq və su ehtiyatı üçün anbar həmçinin quyu olub. Son illərə kimi qalanın hovuzuna su gəlsə də, sakinlər onun haradan və necə gəldiyini aşkarlaya bilməyib.
    «Pəri qala»nın tarixi-memarlıq abidəsi kimi qeydiyyata alınmasıına baxmayaraq, yaşayış məntəqəsindən aralıda yerləşməsi onu baxımsız vəziyyətə salır. Sakinlərin sözlərinə görə, qalaya gedən yol dağ çayları və zəngin təbiət mənzərələri ilə əhatə olunduğundan burada əlverişli turizm imkanları var. Yaz-yay aylarında buraya istirahətə gələnlərin sayının ildən-ilə artdığını bildirən sakinlər naməlum şəxslərin qalanın divar və bürclərini dağıtdığını deyir.
   Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildirilir ki, «Pəri qala»nın tarixinin araşdırılması və bərpası ilə əlaqədar müvafiq təşkilatlar qarşısında bir müddət əvvəl məsələ qaldırılıb.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar