Bugünlərdə Muzey Mərkəzində Prezident sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə fəxri adlara layiq görülən sənətçilərin təltif edilmə mərasimi keçirildi. Ali mükafatlara layiq görülən sənətçiləri təbrik edən mədəniyyət və turizm naziri Ə.Qarayev bunun onların zəhmətinə verilən ən yüksək qiymət olduğunu bildirib: “Bu gün Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün hər cür şərait yaradılmışdır. Bu sahədə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər davam edir, yeni teatrlar və muzeylər inşa olunur. Bunlar xalqın mənəvi yüksəlişinə xidmət edir. İncəsənət xadimlərinin fəxri adlara layiq görülməsi bu diqqətin bariz nümunəsidir”.
   Nazir YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da incəsənət ustalarına xüsusi qayğısını vurğulayıb. Sənətçilər fəxri adların böyük məsuliyyət olduğunu bildirib və onlara göstərdikləri bu etimada görə ölkə başçısına təşəkkür ediblər. Mərasimdə 30-a yaxın mədəniyyət işçisi “Şöhrət”, “Tərəqqi”, Xalq artisti, Əməkdar artist, Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim və digər nominasiyalarda təltif olunub.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar