Bu ilin sentyabrında Kazanda keçiriləcək V “Qızıl minbər” Beynəlxalq İslam Filmləri Festivalında Azərbaycan da təmsil olunacaq. Sentyabrın 27-dən oktyabrın 4-dək davam edəcək festival “Mədəniyyətlərin dialoqu vasitəsilə dialoq mədəniyyətinə doğru” devizi altında keçiriləcək. Festivala 40 ölkədən 370 film təqdim olunub və seçim komissiyası iyunun 30-dan işə başlayacaq. Artıq kinorejissor Oqtay Mirqasımovun çəkdiyi “Ovsunçu” filmi tədbirin təşkilat komitəsinə göndərilib. Qeyd edək ki, bu ekran əsəri Azərbaycanda sovet hakimiyyəti qurulduğu dövrdə baş vermiş hadisələrdən, həmin olayların xalqımızın mənəviyyatına təsirindən, totalitar təfəkkürün xalqın şüuruna zorla yeridilməsindən bəhs edir. Filmdə baş rolları Bəxtiyar Xanızadə, Fuad Poladov və Ayan Mirqasımova ifa edir.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar