Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə 2009-cu ilin çimərlik mövsümünün başlanması ilə əlaqədar Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyəti və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərini aydınlaşdırmaq üçün laboratoriya tədqiqat üsullarının tətbiqi ilə sanitariya müayinələri aparıb.
   Mərkəzdən verilən məlumata görə, Mərdəkan-Şüvəlan çimərliyinin sanitariya mühafizə zolağında yerləşən Mərdəkan-Şüvəlan kanalizasiya təmizləyici stansiyasında aparılan təmir-yenidənqurma işləri başa çatdırılıb və hazırda dənizə buraxılan çirkab suların tam mexaniki və bioloji təmizlənməsi, zərərsizləşdirilməsi təmin edilir. Mərdəkan-Şüvəlan, eyni zamanda Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan çimərliklərində aparılan laboratoriya müayinələrinin nəticələrinə əsasən, dəniz suyunun keyfiyyət göstəriciləri norma səviyyəsindədir.
   Şıx, Sahil və Novxanı çimərliklərində dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. Adlarıçəkilən zonalarda mövsümə hazırlıq işləri qeyri-qənaətbəxş təşkil edilib, ərazidən tullantıların kənarlaşdırılması təmin edilməyib, çirkab sulardan əmələ gəlmiş gölməçələr və bataqlıqlar yaranıb.
   Hövsan çimərliyinin sanitariya mühafizə zolağına istehsalat çirkab suları üçün nəzərdə tutulmuş “Hövsan” kanalı vasitəsilə çirkab sularının birbaşa sahildən dənizə buraxılması dəniz suyunun çirklənməsinə səbəb olur. Müayinə zamanı Şıx, Sahil, Novxanı və Hövsan çimərliklərində dəniz suyunun bakterioloji çirklənmə göstəricilərinin də normadan yüksək olduğu aşkar edilib. Mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, “Sanitariya-Epidemioloji Sağlamlıq haqqında” Qanuna əsasən Şıx, Novxanı, Hövsan, Qaradağ rayonunun Sahil çimərliklərinin və qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsi qadağan edilir.
   
   FƏXRİYYƏ







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar