Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı Azərbaycan tarixinin qədimliyini sübut edən abidə aşkarlanıb.
   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix elmləri namizədi Xaqani Alməmmədovun verdiyi məlumata görə, Alxantəpə yaşayış məskəni eramızdan əvvəl beşinci minilliyə aiddir.
   Ekspedisiya qrupu 6 hektar ərazidə çalışır, qazıntılar isə 500 kvadratmetrlik sahəni əhatə edir. Təpənin mərkəzində təqribən 160 kvadratmetr sahədə qazıntı işləri aparılıb. Abidənin mədəni təbəqəsinin qalınlığı 4-5 metr, əsas qazıntı sahəsində isə 50 santimetrdir. Ekspedisiya qrupu ərazidən 50-yə qədər müxtəlif abidə, 5 təsərrüfat quyusu, 6 dulusçu kürəsi və 30-a yaxın ayrı-ayrı dövrlərə aid maddi-mədəniyyət nümunəsi aşkarlayıb.
   Ekspedisiya qrupunun 5 illik planı çərçivəsində tədqiq olunan ərazilərin topoqrafik planı çıxarılacaq, mədəni təbəqənin qalınlığı öyrəniləcək və aşkar edilmiş maddi-mədəniyyət nümunələri əsasında Muğanın Neolit, Eneolit abidələrinin elektron bazası yaradılacaq.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar