Mədəniyyətimizi, tariximizi, estetik zövqümüzü, dünyagörüşümüzü, dini baxışlarımızı, inam və inanclarımızı, məişətimizi, milli geyimlərimizi özündə əks etdirən sənət əsərlərimiz… Bu gün on altı mindən çox belə nadir sənət nümunələrimizin toplandığı ünvan Z.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyidir.
   
    Muzeyin yerləşdiyi iki yanaşı bina həm də bir əsrdən artıq dövrü əhatə edən tariximizi özündə əks etdirir. Azərbaycan Dövlət Filarmoniyasının yaxınlığında yerləşən bu binalardan birincisi Bakı milyonçusu Murtuza Muxtarovun vəsaiti ilə tikilib. Bu bina "Müqəddəs Nina" Qızlar Gimnaziyası kimi tikilib. Klassik üslubda inşa edilən tikili 3 mərtəbəlidir. Deyilənlərə görə, binanın üçüncü mərtəbəsi sonradan tikilib. Ona görə ki, ikinci mərtəbə ilə üçüncü mərtəbələrin aralıqları sağa tərəf hündürdür. XIX əsrin sonlarında rus memarı Botovun layihəsi əsasında inşa edilən qızlar gimnaziyasında Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı Partiya Komitəsi yerləşib və Mircəfər Bağırov bu binada oturub. Binalar eyni dövrdə tikilsə də, memarlıq üslubu baxımından fərqlidir.
   Epileptik üslubda tikilən ikinci bina fransız memarı Fonder None tərəfindən inşa edilib. Bina XIX əsrin sonlarında Bakı neftinə ilk kapital qoyan əcnəbi burjua nümayəndələrindən məşhur Rotşildin malikanəsi olub. Rotşild uzun illər bu binada yaşayıb.
   Muzey 1924-cü ildə şöbə şəklində Azərbaycan Dövlət Muzeyinin tərkibində yaranıb. 1937-ci ilin may ayından Azərbaycan Dövlət İncəsənət Muzeyi öz qapılarını tamaşaçıların üzünə açıb. Ekspozisiyası genişləndiyinə və eksponatların sayı çoxaldığına görə 1951-ci ildə ikinci bina da muzey kimi fəaliyyət göstərməyə başlayıb. Burada qədim dövrlərdən bu günə qədərki bütün incəsənət əsərləri nümayiş olunur. Muzeyin kolleksiyası olduqca zəngindir. Artıq onların sayı 16 mini ötüb.
   Muzeyin kolleksiyasında Qərbi Avropa, Rusiya, Şərq ölkələri, o cümlədən Çin, Yaponiya, İran, Türkiyə, həmçinin qədim və müasir Azərbaycan incəsənətini əks etdirən boyakarlıq, qrafika, hekəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri toplanıb. 70 ildən artıq bir müddət ərzində bir-bir toplanan sənət inciləri özünəməxsus orijinallığı ilə fərqlənir. 2006-cı ildə respublika Prezidentinin fərmanı ilə muzey binası təmirə dayanıb. Müasir standartlara uyğun təmir edilən muzey binalarından biri 2009-cu ilin sentyabrında qapılarını öz ziyarətçilərinin üzünə açıb. Bundan sonra digər binada təmir-bərpa işləri aparılacaq.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar