«Qazıntıların nəticələri ilə bir sıra ölkələrin mütəxəssisləri maraqlanır. Ərazidə təhqiqatların genişləndirilməsinə ehtiyac duyulduğundan may ayında qazıntıların üçüncü mərhələsinə başlanacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, eyni zamanda Tovuzdakı “Göytəpə-Neolit” yaşayış məskənindəki arxeoloji ekspedisiyanın rəhbəri Fərhad Quliyev məlumat verib. Onun dediyinə görə, 2009-cu ilin sentyabr ayından Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindəki qazıntı işləri müvəqqəti olaraq dayandırılıb: «Qazıntılar yaponiyalı mütəxəssislərlə birgə aparılıb. Abidənin yaşını müəyyən etmək üçün aparılan qazıntılar zamanı əldə olunan materiallar Yaponiyanın Tokio Universitetinə göndərilib. Materiallar universitetin laboratoriyasında analizdən keçiriləcək. Nəticələrin təqdimatının Yaponiyada mart ayında keçirilməsi nəzərdə tutulub. Buradakı qazıntı haqqında artıq ingilis və rus dillərində kitab da çap olunub. Yaxın vaxtlarda abidə haqqında Azərbaycan dilində də kitabın nəşri planlaşdırılır».
   Qeyd edək ki, Tovuzdakı bu arxeoloji qazıntılar dünyanın bir çox ölkələrinin marağına səbəb olub. Qazıntını həyata keçirən arxeoloji ekspedisiya nümayəndələri bir sıra tədbirlərə dəvət olunublar.
   Göytəpə yaşayış yerində aparılan arxeoloji işlər dünyada ən son texnologiyalarla aparılan qazıntılardan sayılır. Göytəpə yaşayış yeri 2 hektarlıq 145 metrlik diametrliyində, 8 metrlik hündürlüyündə sahəni əhatə edir və arxeoloqların qənaətinə görə, yaşayış yerinin 1500 il yaşı var.
   
   RÖYANƏ







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar