Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə fərmanı imzalandıqdan sonra Mədəniyyət və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların və s. aşkar edilməsi işinə başlanılıb.
   
   Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq olaraq “Kitab abidələri haqqında” Əsasnamə hazırlanıb.
   Bugünədək olan məlumata əsasən nazirlik tərəfindən 3566 adda müxtəlif formada kitab abidəsi dövlət reyestrinə daxil edilib. Onlardan 1320 adda kitab abidəsi Mədəniyyət və Turizm Nazirliyinin sistemində, 2002 adda kitab abidəsi digər nazirlik, idarə və təşkilatların kitabxanalarında və muzeylərində, 244 adda kitab abidəsi isə şəxsi kolleksiyalarda olan nüsxələrdir.
   Nazirliyə təqdim olunmuş məlumatlara əsasən Prezident Kitabxanasında - 1088 adda, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında - 577 adda, BDU-nun Elmi Kitabxanasında - 287 adda, Milli Arxiv İdarəsində - 69 adda, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında - 143 adda, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda - 14 adda, Azərbaycan Texniki Universitetinin kitabxanasında - 48 adda, Azərbaycan Pedaqoji Universiteti - 190 adda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında - 36 adda, Azərbaycan Dillər Universitetinin kitabxanasında - 8 adda, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Elmi Tibb Kitabxanasında - 39 adda, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Respublika Elmi Texniki Kitabxanasında - 30 adda, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasında - 50 adda, C.Cabbarlı adına Dövlət Teatr Muzeyində - 79 adda, L.Kərimov adına Azərbaycan xalçası və xalq Tətbiqi sənəti Dövlət Muzeyində - 39 adda, Musiqi Mədəniyyəti Dövlət Muzeyində - 4 adda, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan kitabxanalarda - 14 adda kitab abidələri müəyyən edilmiş və qeydə alınıb.
   Azərbaycan Respublikasında ən qədim kitab abidələri Prezident Kitabxanasında 1591-ci ildə italyan dilində çap olunmuş Appresso Erasmo, Viotto Parma “Historia di Parma”, M.F.Axundov adına Milli Kitabxanasının Nadir kitablar fondunda saxlanılan 1595-ci ildə Almaniyanın Yena şəhərində alman dilində çap olunan “Türklər haqqında on nəsihət” kitabları qeydə alınıb.
   Reyestrin tərtibi zamanı şəhər (rayon) kitabxanalarında və tarix-diyarşünaslıq muzeylərində çoxlu sayda kitab abidələri aşkar edilib. Azərbaycan Respublikasında şəxsi kolleksiyalarda saxlanılan kitab abidələrini aşkar etmək üçün yerli qəzet, radio və televiziya vasitəsi ilə əhaliyə müraciət edilməsi barədə şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) rəhbərlərinə tapşırıqlar verilib.
   Bugünkü məlumatlara əsasən reyestrdə şəxsi kolleksiyalarda saxlanılan 244 kitab abidəsi aşkar edilib.
   Azərbaycan xalqının milli-mədəni sərvətləri, milli-mədəni dəyərləri min illərlə kitab yaddaşında qorunub saxlanılmış və gələcək nəsillərə çatdırılıb. Nadir nüsxələrə çevrilmiş əlyazmalar, kitab, qəzet və jurnalların çoxu bugünkü nəsillərə əmanət qalıb və tariximizin, iqtisadiyyatımızın, mədəniyyətimizin müxtəlif mərhələlərdə inkişafı barədə məlumat verən yeganə mənbələrdir.
   Respublikanın bütün şəhər və rayonlarında məhz onlara xas olan təkrarolunmaz və bənzərsiz materiallar (yerli qəzetlər və nəşrlər) saxlanılır ki, onlar əbədi mühafizə edilərək konservasiya olunması və gələcək nəsillərə çatdırılması zəruridir.
   
   “Mədəniyyət”







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar