“Gəncə” Xalça Yaradıcılıq Birliyi Madriddə fəaliyyət göstərən Ticarət Liderlərinin Klubu tərəfindən “Ən yaxşı ticarət markası” beynəlxalq mükafatına layiq görülüb. Bu barədə “Gəncə” Xalça Yaradıcılıq Birliyinin sədri Faiq Osmanov məlumat verib. Onun sözlərinə görə, birliyə bu barədə ünvanlanan məktubda deyilir ki, “Gəncə” Xalça Yaradıcılıq Birliyi bu mükafata kluba üzv 95 ölkədən olan 800 üzvün səs verməsi nəticəsində layiq görülüb. Mükafatlandırma mərasimi iyunun 14-də Madriddə keçiriləcək. Mərasimdə 40-dan çox ölkənin diplomatik nümayəndələrinin və tanınmış şirkətlərin iştirak edəcəyi gözlənilir.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar