Aprelin 28-də Rəşid Behbudov adına Mahnı Teatrında “Aşıq sənətimiz layiqli əllərdədir” adlı konsert proqramı reallaşacaq. Konsert Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə keçiriləcək.
Konsert milli mədəniyyətimizin incilərindən olan aşıq sənətimizin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmasına ithaf olunub. Proqramda Niyazi adına 22 saylı Uşaq Musiqi məktəbinin müəllimi, respublika və beynəlxalq müsabiqələr laureatı Nemət Qasımov və sinfinin tələbələri çıxış edəcəklər.