Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu iyun ayında Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında arxeoloji qazıntılara başlayacaq. İnstitutun numizmatika şöbəsinin müdiri, tarixi elmləri üzrə fəlsəfə doktoru Akif Quliyev bildirib ki, 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Arxeologiya və Etnoqrafiya İnstitutu respublikanın müxtəlif bölgələrində geniş miqyaslı arxeoloji tədqiqatlar aparacaq. İyun ayında Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Akif Quliyevin rəhbərliyi ilə Gülüstan qalasında arxeoloji qazıntılara başlayacaq. Gülüstan qalası VIII-XII əsrlərə aid memarlıq abidəsidir və dövlətçilik tariximizdə özünəməxsus yerə malik olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından biri olub. Qala tarix boyu çoxsaylı hücumlara məruz qalıb. Orta əsr mənbələrinə görə, qalaya ən böyük zərbə Səfəvi hökmdarları I Təhmasib və I Abbasın dövründə vurulub. Günümüzə qalanın xarabalıqları gəlib çatıb.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar