Tovuz rayonunda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun erkən sivilizasiyaların öyrənilməsi ilə məşğul olan mütəxəssislərdən ibarət ekspedisiyası gələn aydan etibarən Yaponiyanın Tokiyo Universitetinin arxeoloqları ilə birlikdə Göytəpə qədim yaşayış yerində arxeoloji qazıntı işlərini davam etdirəcək. Göytəpə qədim yaşayış yeri Cənubi Qafqazda oturaq həyat tərzini əks etdirən qədim erkən əkinçilik mədəniyyətinə aid olan (e. ə. VII minillik) neolit dövrünü əhatə edən tarixi məkandır. Tovuz beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevin bildirdiyinə görə, arxeoloji abidədə qazıntılar konservasiya işləri ilə paralel aparılır.






News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar