Şamaxı rayonunun Böyük Xınıslı kəndinin ərazisində yerləşən Gülüstan qalasında aparılan arxeoloji qazıntı işləri zamanı müxtəlif təyinatlı tikililərin qalıqları və çoxsaylı maddi-mədəniyyət nümunələri aşkar edilib.
   
   Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev məlumat verib. Onun bildirdiyinə görə, el arasında “Qız qalası” adlandırılan və min ildən artıq tarixi olan, Şirvanşahlar dövlətinin əsas iqamətgahı sayılan Gülüstan qalasında aparılan arxeoloji tədqiqat işləri zamanı XI-XII əsrlərə aid sənətkarlıq emalatxanaları, təndirlər, dulusçu sobaları, üç qəbir, müxtəlif ox ucluqları, gümüş və mis sikkələr, muncuqlar, şüşə bilərziklər, daşdan hazırlanmış top mərmiləri, epiqrafik yazı nümunələri, daş kitabələr və s. tapılıb.
   Arxeoloqlar qazıntı işləri zamanı IV əsrə aid olan və Bizans imperatoru I Konstantinin adına zərb edilmiş mis sikkələr, eləcə də Pirdirəyi və Gülüstan dağlarının arasından keçən Zoğalavay çayının sahilindən Gülüstan qalasına çəkilmiş gizli yeraltı yol da aşkar ediblər. Həmin yeraltı gizli yolda arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
   Qeyd edək ki, bu günədək Gülüstan qalasının 600 kvadratmetr ərazisində arxeoloji tədqiqat işləri aparılıb və avqustun sonunadək daha 300 kvadratmetr ərazidə arxeoloji qazıntının aparılması nəzərdə tutulur.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar