AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyevin rəhbərliyi ilə Ovçular təpəsində Azərbaycan-Fransa ekspedisiyası tədqiqat işləri aparır.
Tədqiqatlar zamanı Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkar olunub. Ekspedisiyanın rəhbəri V.Baxşəliyevdən aldığımız məlumata görə, budəfəki tədqiqatlar zamanı yaşayış yerinin strukturu dəqiqləşdirilib. Müəyyən edilib ki, yaşayış yeri əsasən bir və çoxotaqlı evlərdən ibarət olub. Çoxotaqlı evlərin arasında ictimai məqsədlə istifadə edilən təsərrüfat quyularının qalıqlarıda aşkara çıxarılıb. Hazırda tədqiqat işləri davam etdirilir. Qeyd edək ki, Ovçular təpəsində arxeoloji qazıntılara 2006-cı ildən başlanılıb.
Ceyhun