Böyük öndərin xatirəsinə ithaf edilmiş möhtəşəm xalça
   
   Xalçaçı rəssam Eldar Mikayılzadə ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ithaf edilmiş möhtəşəm xalça toxuyub.
   
   Sənətkar bildirib ki, ulu öndər Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşıb, mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına dəstək verib.
   Ulu öndər Heydər Əliyev ilə ilk dəfə 1983-cü ildə xalça sənəti üzrə I beynəlxalq simpoziumda görüşdüyünü deyən müəllif bildirib ki, yaradıcılığında ümummilli liderimizin obrazına dəfələrlə müraciət edib. Ümummilli liderin dəstəyi ilə bir qrup tələbə ilə birlikdə Leninqrada (indiki Sankt-Peterburq) oxumağa göndərilən Eldar Mikayılzadə onun böyük qayğısını daim öz üzərində hiss etdiyini, bunu heç vaxt unutmayacağını deyib.
   “Kəhkəşan” adlanan, 2 metr eni və 2,14 metr uzunluğu olan xalça bir il qırx gün ərzində yun və ipək saplardan toxunub. Xalçanın toxunuşunda, həmçinin qızıl və qiymətli daşlardan istifadə edilib. Xalçanın üzərindəki daşlar dörd rəngdədir. Bu sənət nümunəsinin ərsəyə gəlməsində 725 qızıl daş (hərəsi 1,5 qram) işlədilib. Ümumilikdə xalça toxunuşu zamanı 1100 qram qızıl sərf edilib. Əsas mahiyyəti kəhkəşanda bürcləri və onunla əlaqəli elementləri göstərməkdən ibarət olan xalça boyu tünd haşiyədə Şumer və Babil zamanından 39 bürc və hazırda bütün dünyada tətbiq edilən 12 bürc təsvir olunub.
   Rəssam qeyri-adi xalçanı yaratmaq ideyasını belə izah edib ki, tarixdə bu cür xalça ilk dəfə Sasani dövlətində (təqribən VII əsrin I yarısında) toxunub və hökmdar Xosrov Pərvizin sarayını bəzəyib. Xəlifə Ömərin sərkərdələri qoşunla İrana daxil olduqları zaman onların arasında bu qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar