“Azər-İlmə” xalçaçılıq şirkətinin təsis etdiyi “Azərbaycan xalçaları” elmi-bədii jurnalının altıncı nömrəsində oxuculara Quba xalçaları, xalçalardakı quş motivi, Şərq poeziyasının xalçalarda ifadəsi, Azərbaycan xalçalarında tətbiq edilən işarələr haqqında məqalələr təqdim edilib. “Nadir xalçalar: “Yaranış”, “Kəhkəşan” və “Səttarın arzusu” , “Qarabağda yun ipin xalq üsulu ilə boyanması”, “Xalçaçı Əli Fərruxi” kimi məqalələr də oxucuların marağına səbəb olacaq. Jurnalın əməkdaşının Ağcabədi, Bərdə, Beyləqan rayonlarına səfərindən hazırladığı reportaj isə tərəkəmə camaatının köçmə həyat tərzini bütün koloriti ilə əks etdirir.
   Nəşrə “Azərbaycan xalçaları. İrəvan qrupu”nun DVD-si də əlavə olunub.
   İldə dörd dəfə Azərbaycan, rus və ingilis dillərində nəşr olunan jurnalın baş redaktoru dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradovdur.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar