İyunun 18-də Bakı Slavyan Universitetində “Professor A.V.Baqri və Azərbaycan” mövzusunda ədəbi tədbir keçirilib. 
   “İnkişaf və Dünya” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun sədri Namazəli Mustafayev professor Aleksandr Baqrinin həyat və yaradıcılığı barədə məlumat verib. Alimin Azərbaycan elmində böyük iz qoyduğu vurğulanıb.
   Aleksandr Vasilyeviç Baqri 1891-ci ildə Ukraynada anadan olub. O, 26 il Azərbaycanda yaşayıb, Azərbaycan folklorunun toplanmasında, tərtibində, təsnifində, tərcüməsində, elmi məqalələrin yazılmasında fəal iştirak edib. Bakı Dövlət Universitetinin rus ədəbiyyatı kafedrasında çalışan alim biblioqraf, folklorşünas kadrların yetişdirilməsinə mühüm töhfə verib.
   Tədbirdə “Azərbaycan folkloru və professor A.Baqriy”, “T.Q.Şevçenkonun irsi A.Baqrinin əsərlərində”, “Azərbaycanda biblioqrafiya işinin təşkilində A.Baqrinin rolu” və s. mövzularda məruzələr dinlənilib.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar