Sənətkarların əl işlərindən ibarət xalı və xalçaçılıq sərgisi keçirilib
   
   İyulun 19-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə sənətkarların əl işlərindən ibarət xalı və xalçaçılıq üzrə respublika sərgisi açıldı.
   
    Mərasimdə Mərkəzin direktoru, professor Vilayət İsmayılov, direktor müavini, fəxri mədəniyyət işçisi Polad Zeynalov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, sənət adamları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   Mərkəzin direktoru Vilayət İsmayılov açılış nitqində sərginin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edildiyini diqqətə çatdırdı. Ümummilli liderin Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna xidmətlərindən, o cümlədən mədəniyyətimizin, xalq sənəti ənənələrinin inkişafına diqqət və qayğısından danışdı. Bildirildi ki, ulu öndərin dövlətçilik irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Direktor çıxışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyətimizə qayğısından söz açdı, onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələrin mədəni irsimizin, milli incəsənətimizin təbliği və tanınmasına böyük töhfə olduğunu vurğuladı. Bildirildi ki, bu fəaliyyətin nəticəsi olaraq Azərbaycanın mədəni irs nümunələri dünya mədəniyyəti siyahısında öz yerini tutub, o cümlədən milli xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
   Ulularımızdan yadigar qalmış xalçaçılıq sənətinin bu gün də sənətkarlar tərəfindən davam etdirildiyini vurğulayan Vilayət İsmayılov sərgidə əl işləri nümayiş olunan sənətkarlara uğurlar arzuladı. O, ölkənin dünyada tanıdılmasında mədəni irsin əvəzsiz rolu olduğunu vurğulayaraq, belə sərgilərin xaricdə də təşkil ediləcəyini bildirdi.
   Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində yeritdiyi siyasətdən danışdı. Qeyd etdi ki, ümummilli lider həmişə mədəni irsimizin qorunmasına, inkişafına çalışıb.
   N.Cəfərov sərgiyə əsərlərini təqdim edən müəlliflərə və təşkilatçılara təşəkkürünü bildirdi.
   Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin incəsənət bilikləri şöbəsinin müdiri Rafiq Quliyev sərgidə 50 rayondan 55-ə yaxın müəllifin 150-dən çox əl işinin nümayiş olunduğunu diqqətə çatdırdılar. Vurğulandı ki, sərgidə yaddan çıxmış xalça nümunələri, geniş yayılmış xalçalar və xalçaçı rəssamlarımızın müasir dizaynda toxunulmuş sənət nümunələri təqdim edilir. Bununla yanaşı, qurama, zərgərlik dəstləri, qobelen, milli geyimlər, araxçınlar, kəlağayılar, xınayaxdı dəsti, daşlarla işlənmiş Ağa Məhəmməd şah Qacar kompozisiyası və s. dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur.
   Əl işləri nümayiş olunan müəlliflərə fəxri fərmanlar və hədiyyələr təqdim edildi. Sonra sərgiyə baxış keçirildi.
   
   Ceyhun







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar