Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə düşərgə təşkil olunacaq
18-25 sentyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində düşərgənin təşkili nəzərdə tutulub.
Layihə çərçivəsində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində təlimlər keçiriləcək. İştirakçılar "Xınalıq" tarix, memarlıq və etnoqrafiya qoruğunda, Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı əldə edəcək, son illər ərzində bərpa edilmiş və hazırda bərpası davam etdirilən tarix, mədəniyyət abidələrini ziyarət edəcəklər.
Düşərgə yaşı 29-dək olan, mədəni irs və onun inkişafı ilə bağlı sahələr üzrə (memarlıq, arxeologiya, turizm, mədəniyyətşünaslıq və digərləri) ixtisaslaşan bakalavr, magistr və doktorantura təhsili alan və ya məzun olmuş gənclər üçün nəzərdə tutulub. İştirakçıların seçimi müsahibə əsasında həyata keçiriləcək. Layihədə iştirak arzusunda olan şəxslər Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinə müraciət edə bilərlər (tel: +994 12 4981980; e-mail: e.z.safarov@mct.gov.az).
Müraciətlər 16 sentyabr 2013-cü il tarixinədək qəbul edilir.
Düşərgənin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin layihədə iştiraka dair sertifikatları təqdim olunacaq.