Xalça muzeyi müsabiqə elan edib
   
   Azərbaycan mədəniyyətinin böyük bir sahəsini təşkil edən qədim xalça sənətimiz əsrlərdir ki, tariximizin, adət-ənənələrimizin, məişətimizin sirlərini özündə qoruyub saxlayır. Zəngin kolleksiyaya malik olan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi uzun illərdir ki, bu irsi qoruyaraq yaşadır, onu bütün dünyada təbliğ edir.
   Yaxın vaxtlarda yeni, möhtəşəm memarlıq abidəsi olan binaya köçəcək muzeydə qədim xalça sənətini, tikmə, zərgərlik, misgərlik nümunələrini, milli geyimlərimizi daha geniş şəkildə təqdim və təbliğ etmək imkanı yaranacaq.
   Bununla bağlı muzeyin rəhbərliyi ölkə əhalisinə, qədim sənət irsimizə dəyər verən hər kəsə müraciət edərək xalça sənəti, xalça çeşniləri ilə bağlı əfsanə, rəvayət, tarixi faktlar təqdim etməyi, habelə toxucularla, qocaman xalça ustaları ilə, sənətə yaxından bələd olan insanlarla tanış olmaqda köməklik göstərməyi xahiş edirik.
   Ən yaxşı və maraqlı təkliflər muzey tərəfindən mükafatlandırılacaq. Məlumatları bu ünvana təqdim etmək olar: Bakı, Neftçilər prospekti 123 a, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi. Telefon: (012) 493 66 85, e-mail: tagiyeva_r@rambler.ru







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar