“21 Azər” hərəkatına aid qiymətli sənədlər muzeyə təhvil verilib

Azərbaycan İstiqlal Muzeyinin fondlarına 1945-ci ildə Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatına (“21 Azər” hərəkatı) aid nadir materiallar daxil olub. Muzeyin fondunu zənginləşdirən materiallar “21 Azər” hərəkatının əsas xadimlərindən biri olan general Cəfər Kavianın şəxsi əşyaları, sənədləri, fotoşəkilləridir.
Məlum olduğu kimi, 1946-cı ildə milli hərəkatın süqutundan sonra onun bir çox iştirakçıları mühacirət etməyə məcbur olmuşdular. Onların özləri ilə götürdükləri nadir şəkillər, sənədlər, kitablar uzun illər şəxsi saxlanclarda qalıb. İndi general Cəfər Kaviana məxsus bu sənədlər artıq muzey eksponatına çevrilib.
Cəfər Kavian 1895-ci ildə Təbriz yaxınlığındakı Salaxan kəndində anadan olub. Ruhani təhsili alıb. Səttarxanın başçılığı ilə 1906-1907-ci illərdə “Məşrutə” hərəkatının fəal üzvü olub. Beləcə, əfsanəvi generalın əzablı həyat yolu başlayıb.
Cəfər Kavian “21 Azər” hərəkatının fəal üzvü, Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Azərbaycan Demokratik Partiyasının yaradıcılarından biri, Cənubi Azərbaycan Milli Məclisin üzvü olub, milli hökumətdə milli özünümüdafiə naziri, sonradan isə müdafiə naziri təyin edilib. Cəfər Kavian tarixi xidmətlərinə görə I dərəcəli Səttarxan ordeni və “21 Azər” medalı ilə təltif olunub.
Onun arxivini, mükafatlarını, hərbi formasını və digər şəxsi əşyalarını uzun illər ərzində generalın oğlu Marks (Maksud) Kavian qoruyub saxlayıb. O, 2014-cü il mayın 16-da bu əşyaları daimi saxlamaq üçün Azərbaycan İstiqlal Muzeyinə verib. Muzeydən verilən məlumata görə, yaxın vaxtlarda Cənubi Azərbaycana həsr olunmuş zalın yenidən qurulması planlaşdırılır və bu eksponatlar ekspozisiyada nümayiş olunacaq.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar