Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası tərəfindən qədim Qəbələdə genişmiqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri davam etdirilir.
Tədqiqatlar zamanı Qəbələnin Soltannuxa kəndində antik dövrə aid qəbiristanlıq aşkar edilib. Tədqiqatların maraq doğuran nəticələrindən biri bu kəndin ərazisində 1800-1900 il yaşı olan antik qəbirlərdir. İlkin kəşfiyyat işləri zamanı ərazidən 7 qəbir tapılıb.
Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Ceyhun Eminli bildirib ki, tapılan qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilirlər. Burada diqqəti cəlb edən məqamlardan biri isə ölmüş insanın bükülü vəziyyətdə qəbirə qoyularaq ətrafına 40 ədəd saxsı qabın düzülməsidir. Qablarla yanaşı, qəbirə dörd ədəd bütöv qoç da qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf edilir. Ehtimal olunur ki, bu, varlı təbəqəyə aid olan mərhumun xidmətçisidir. Bununla yanaşı, qeyd olunan qəbiristanlıqda digər zəngin qəbirlərə də rast gəlinib. Bir qəbirdə üzbəüz dəfn olunmuş iki skelet, həmçinin digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti maraq doğuran məqamlardandır.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar