Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisindəki I Maxta qədim yaşayış yerində yeni tapıntılar əldə edilib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Səfər Aşurovun bildirdiyinə görə, 300 kvadratmetr sahə qazıntılara cəlb olunub. 2014-cü ildə qazıntılar mədəni təbəqənin təqribən 3 metrlik dərinliyində aparılır. Bu təbəqədə iki dairəvi tikilinin qalıqları aşkar edilib: "Tikililərdən birinin daxilində 30-40 sm qalınlığında kül təbəqəsi müəyyən edilib. Bu fakt bir daha sübut edir ki, dairəvi tikililərin günbəzvari ağac örtükləri olub. Məhz bu ağac örtüklərin tez-tez yanğınlara məruz qalması nəticəsində yaşayış yerinin müxtəlif yerlərində kül təbəqələri toplanıb. Yaşayış yerindən əldə olunmuş nalşəkilli ocaq qurğuları və onların kiçik modelləri maraqlı antropomorf quruluşludur".
Alim qeyd edib ki, daş alətlərin, xüsusən döyüm alətlərinin çoxluğu yaşayış yeri sakinlərinin əsas məşğuliyyətinin oturaq əkinçilik olduğunu göstərir. Dairəvi qazıntı sahələrindən birində təmizlənmiş evlərin daxilindən xüsusi əşyaların - tokinslərin tapılması təsdiq edir ki, artıq e.ə. IV minilliyin sonlarından başlayaraq İlk Tunc dövrünün cəmiyyətləri inzibati cəhətdən idarə olunub. Ön Asiyada e.ə. IV minilliyin sonlarınadək mübadilə zamanı istifadə olunan tokinslər sonrakı mərhələdə mixi yazılarla əvəz olunub. Tokinslərin İlk Tunc dövrü abidələrindən ilk dəfə olaraq I Maxtadan, həm də toplu halında aşkar olunması Azərbaycanda dövlətçilik ənənələrinin 5 min ildən artıq tarixə malik olduğunu təsdiq edir. Bəzi saxsı məmulatların, həmçinin antropomorf ocaq qurğularının əldə olunması təsdiq edir ki, I Maxta sakinlərinin Ön Asiyanın inkişaf etmiş cəmiyyətləri və Suriya-Fələstin istiqamətində yayılmış Kirbet-Kerak toplumları ilə əlaqəsi olub”.
Yaşayış yerinin mədəni təbəqələrinin daha dərin qatlara doğru davam etdiyini nəzərə alsaq, abidənin tarixinin daha qədim - e.ə. IV minilliyin əvvəllərinə aid olduğunu söyləmək olar.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar