AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gəncə şəhərindəki “Gəncə Qala Qapıları” Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində səyyar sərgiləri yekunlaşıb. Milli Azərbaycan Tarixi Muzeyi bu ilin yanvarından “Gəncə Qala Qapıları”nda “Azərbaycan - qədim sivilizasiya məkanı” və “Azərbaycan milli geyimləri” adlı iki səyyar sərgi təşkil etmişdi. Ümumilikdə sərgilərdə 204 eksponat-arxeoloji materiallar, qədim keramika, silahlar, bəzək əşyaları, milli geyimlər, tikmələr nümayiş olunub. Sərgilərlə il ərzində 17 mindən artıq insan tanış olub. Qeyd edək ki, bu, müstəqillik illərində Milli Azərbaycan Tarixi Muzeyinin respublikanın regionlarında keçirdiyi ilk səyyar sərgidir.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar