Qey­ri-mad­di mə­də­ni ir­si­n qo­run­ma­sı, təb­li­ği və təş­vi­qi məq­sə­di­lə Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən “2010-2014-cü il­lər üçün Xalq Ya­ra­dı­cı­lı­ğı Pay­taxt­la­rı” proq­ra­mı bu il ye­kun­la­şıb. 2014-cü il­də Azər­bay­ca­nın “Əf­sa­nə­lər pay­tax­tı” Qə­bə­lə­də, “Folk­lor pay­tax­tı” Ba­la­kən­də, “Sə­nət­kar­lıq pay­tax­tı” Ab­şe­ron­da no­mi­na­si­ya­ya uy­ğun ola­raq mə­ra­sim­lər, də­yir­mi ma­sa­lar, kon­sert­lər, fes­ti­val və sər­gi­lər, şa­ir və ya­zı­çı­lar­la gö­rüş­lər və s. təş­kil olu­nub.

12-16 iyun ta­ri­xin­də Ma­sal­lı­da ger­çək­lə­şən III Bey­nəl­xalq Folk­lor Fes­ti­va­lı res­pub­li­ka­nın ta­nın­mış folk­lor kol­lek­tiv­lə­ri ilə ya­na­şı, Tür­ki­yə, Ru­si­ya, Gür­cüs­tan, Qa­za­xıs­tan, Lat­vi­ya və İran­dan qo­naq­la­rı bir ara­ya gə­ti­rib.
İ­yun­da na­zir­li­yin mü­hüm la­yi­hə­lə­rin­dən olan “A­zər­bay­can - doğ­ma di­yar” de­vi­zi al­tın­da Mil­li Az­lıq­la­rın IV Res­pub­li­ka Fes­ti­va­lı da ke­çi­ri­lib. Fes­ti­val çər­çi­və­sin­də 5 dil­də (Azər­bay­can, in­gi­lis, rus, fran­sız, al­man) “A­zər­bay­can­da ya­şa­yan mil­li az­lıq­la­rın mah­nı­la­rı” dis­ki və mil­li az­lıq­la­rın bə­dii kol­lek­tiv­lə­ri ba­rə­də ka­ta­loq ha­zır­la­nıb.
Hey­dər Əli­yev Fon­du­nun dəs­tə­yi, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin və Aşıq­lar Bir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə no­yabr­da ke­çi­ri­lən II Bey­nəl­xalq Aşıq Fes­ti­va­lı Azər­bay­ca­nın və dost öl­kə­lə­rin aşıq-ozan sə­nət­kar­la­rı­nı bir ara­ya gə­ti­rib, res­pub­li­ka­mı­zın mə­də­ni hə­ya­tın­da ha­di­sə­yə çev­ri­lib.
Klub müəs­si­sə­lə­ri sis­te­min­də mər­kəz­ləş­di­ril­mə və pro­fil­ləş­di­ril­mə üz­rə əsas­lı is­la­hat­lar hə­ya­ta ke­çi­ril­mək­də­dir. Bu­nun­la bağ­lı yer­lər­də şə­hər (ra­yon) mə­də­niy­yət ev­lə­ri əsa­sın­da mə­də­niy­yət mər­kəz­lə­ri və on­la­rın di­yar­şü­nas­lıq, folk­lor, sə­nət­kar­lıq və di­gər pro­fil­li fi­lial­la­rı ya­ra­dı­lır. İs­la­hat­lar Şə­ki və Lən­kə­ran şə­hər, Ab­şe­ron, Ba­la­kən, Gə­də­bəy, Göy­göl, Xaç­maz, İs­ma­yıl­lı, Qa­zax, Qə­bə­lə, Ma­sal­lı, Şa­ma­xı ra­yon­la­rı­nın klub müəs­si­sə­lə­ri­nin fəa­liy­yə­ti­nə müs­bət tə­sir gös­tə­rib. Bü­tün bun­lar nə­zə­rə alı­na­raq, “Şə­hər (ra­yon) mə­də­niy­yət mər­kəz­lə­ri­nin ya­ra­dıl­ma­sı” la­yi­hə­si təc­rü­bə­si­nin res­pub­li­ka­nın di­gər ra­yon­la­rın­da da tət­bi­qi plan­laş­dı­rı­lır.
İl ər­zin­də Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi tə­rə­fin­dən apa­rıl­mış qey­ri-mad­di mə­də­ni irs sa­hə­si­nin (di­yar­şü­nas­lıq, folk­lor və sə­nət­kar­lıq) mə­də­ni-si­ya­si tə­mi­nat me­xa­nizm­lə­ri­nin mo­ni­to­rin­qi­nin nə­ti­cə­lə­ri əsa­sın­da “A­zər­bay­can qey­ri-mad­di mə­də­ni irs sub­yekt­lə­ri­nin Port­fo­lio ban­kı”­nın və “Şə­hər (ra­yon) mə­də­niy­yət mər­kəz­lə­ri­nin və on­la­rın fi­lial­la­rı­nın Döv­lət Ka­dast­rı”­nın ya­ra­dıl­ma­sı, “2014-2020-ci il­lər­də Azər­bay­can qey­ri-mad­di mə­də­ni ir­si­nin qo­run­ma­sı­na da­ir” Döv­lət Proq­ra­mı, di­gər kon­sep­tual la­yi­hə­lər üzə­rin­də mü­va­fiq iş­lər hə­ya­ta ke­çi­ri­lib.
2014-cü il qey­ri-mad­di mə­də­ni ir­si­mi­zin dün­ya­ya ta­nı­dıl­ma­sı ba­xı­mın­dan da­ha bir nai­liy­yət­lə ta­ri­xə düş­dü. No­yab­rın 26-da UNES­CO Hö­ku­mət­lə­ra­ra­sı Ko­mi­tə­si­nin Pa­ris­də ke­çi­ri­lən ses­si­ya­sın­da Azər­bay­can kə­la­ğa­yı sə­nə­ti təş­ki­la­tın qey­ri-mad­di mə­də­ni irs üz­rə rep­re­zen­ta­tiv si­ya­hı­sı­na da­xil edil­di.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar