Ağsu Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası yeni-yeni tapıntılar hesabına getdikcə zənginləşir. Muzeydə 6200-ə yaxın eksponat var. Eksponatlar muzeydə yaradılan 4 şöbədə nümayiş etdirilir. XVIII əsr Ağsu şəhərinin qalıqlarında 2010-cu ildən aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində tapılan bir sıra maddi mədəniyyət nümunələrinin muzeyə verilməsi orta əsr şöbəsinin ekspozisiyasını xeyli zənginləşdirib. Tarix-diyarşünaslıq muzeyi müasir tarixə, o cümlədən müstəqillikdən sonrakı dövrə aid məlumatlarla da zəngindir.
Ekspozisiyanın zənginləşməsinin nəticəsidir ki, muzeyi ziyarət edənlərin sayı ildən-ilə artır. 2014-cü ildə muzeyi 8254 nəfər ziyarət edib. Bu, əvvəlki ildəkindən 1115 nəfər çoxdur. Xüsusilə məktəblilər, yeniyetmə və gənclər Azərbaycan, onun bir guşəsi olan Ağsu rayonunun qədim tarixini əks etdirən eksponatlara böyük maraq göstərirlər. Son vaxtlar şəhər məktəblərinin tarix dərslərinin muzeydə keçirilməsi də ənənəyə çevrilib.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar