Aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunda “açıq qapı” günü keçirilib.
Qoruq ərazisində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və burada yerləşən abidələr haqqında məlumatların əks olunduğu plakatlar yerləşdirilib. “Açıq qapı” günündə qoruq ərazisini 300-ə yaxın insan ziyarət edib, onlardan 70-ə qədəri xarici turist olub. Tədbirə həmçinin Yasamal rayonu 150 və 23 saylı orta məktəblərin şagirdləri də qatılıb.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Hacıqabul rayonundakı “Pir Hüseyn xanəgahı” tarixi-memarlıq qoruğunda da “açıq qapı” tədbiri keçirilib. Qoruğun direktoru Mübariz Xəlilov, tarix-diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev xanəgah və rayon ərazisindəki abidələr haqqında məlumat veriblər. Əlamətdar gün Ağstafa rayonundakı “Keşikçidağ” tarix-mədəniyyət qoruğunda da qeyd olunub.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar