Böyük Britaniyanın Qlazqo şəhərində Avropa Arxeoloqları Assosiasiyasının 21-ci illik toplantısı keçirilir. Toplantıda dünyanın müxtəlif ölkələrindən 1800-dən çox arxeoloq iştirak edir. Ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyevin rəhbərliyi ilə alimlər təmsil edirlər.
Sentyabrın 2-də Qlazqonun “City Halls” mədəniyyət mərkəzində toplantının rəsmi açılış mərasimi olub. Daha sonra iştirakçılar Qlazqo Elm Mərkəzi ilə tanış olub, orada təşkil edilən ziyafətə qatılıblar.
Sentyabrın 3-də başlanan bölmə iclaslarında azərbaycanlı arxeoloqların məruzə və çıxışları da nəzərdə tutulur. Avropa Arxeoloqları Assosiasiyasının 21-ci illik toplantısı sentyabrın 5-də başa çatacaq.








Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar