Dünya İrs Komitəsinin İstanbul sessiyasında siyahıya daha 41 obyekt daxil edilib

İyulun 10-dan 20-dək Türkiyənin İstanbul şəhərində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin (World Heritage Committee) 40-cı sessiyasında qurumun Dünya irs siyahısında qeydiyyata alınmış 150-dən çox abidə, tarix və təbiət məkanının qorunma vəziyyəti ilə bağlı hesabatlar nəzərdən keçirilib. Sessiyada həmçinin Dünya irs siyahısı daha 41 nümunə ilə zənginləşib.
Bu sırada İran ərazisindəki Deşte-Lut çölü, Hindistandakı Nalanda monastırı, Çad Respublikasındakı (Afrika) Ennedi dağı, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın birgə təqdim etdityi qərbi Tyan-Şan (“Səma dağları”), Hibraltardakı Qorama mağaraları və s. tarixi abidə və məkanlar var.
Hazırda UNESCO-nun Dünya irs siyahısında 1000-dən çox nümunə var. Xatırladaq ki, Azərbaycandan Qobustan qayaüstü abidələri və İçərişəhər (Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə) UNESCO-nun Dünya irs siyahısında yer alıb.








Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar