Mayda Moskvada keçiriləcək "Eurovision-2009" mahnı müsabiqəsində Fransanı məşhur müğənni Patrisiya Kaas təmsil edəcək. Fransa təmsilçisinin adı bu gün açıqlanıb. Müğənninin müsabiqədə hansı mahnı ifa edəcəyi isə fevralda Parisdə keçiriləcək mətbuat konfransda açıqlanacaq.
Qeyd edək ki, məşhur müğənni altı dəfə dünya turnesinə çıxıb və 900-dən artıq konsert proqramı ilə çıxış edib. Müğənni ötən ilin martında Azərbaycanda da olub və Bakıda Azərbaycan Dövlət Filarmoniyasında konsert verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar