2 Fevral - Gənclər Günü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Muğam Teatrında gənc ifaçıların iştirakı ilə «Bayatı-Şiraz dəstgahı» konserti oldu. Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Firudin Qurbanov açılış çıxışında bütün yaradıcı gəncləri təbrik edərək fəaliyyətlərində uğurlar arzuladı. Nazirliyin gənc istedadlara xüsusi diqqət yetirdiyini deyən natiq, son illər gənclərlə bağlı bir sıra layihələrin həyata keçirildiyini və bu işin davam etdiriləcəyini bildirdi. Mədəniyyətimizin təbliği istiqamətində medianın da böyük rolu olduğunu xatırladan F.Qurbanov, il ərzində bu sahə ilə bağlı tədbirlərdə fəal iştirak edən 5 nəfər jurnalistə mədəniyyət və turizm naziri Ə.Qarayevin adından fəxri fərman təqdim etdi. Sonra tamaşaçılar əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun müşayiətilə Respublika Muğam müsabiqəsi qaliblərindən Təyyar Bayramov, Bəyimxanım Mirzəyeva, İlkin Əhmədov və Vəfa Orucovanın ifasında muğam və təsniflərimizi dinlədilər. Gecədə «Deyilən söz yadigardır» respublika bədii qiraət müsabiqəsi laureatları Elnar Qarayev, Sona Həsənova və Elnarə Usubova Azərbaycan ədəbiyyatından nümunələr səsləndirdilər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar