Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Qaziantep Konservatoriyası arasında akademik əməkdaşlığı nəzərdə tutan protokol imzalanıb. Beş illik müddətə bağlanan protokolun əsas məqsədi qarşılıqlı tələbə və müəllim mübadiləsi, müştərək türk mədəniyyətinin öyrənilməsi, hər iki ölkənin eyni kökdən olan musiqilərinin, xalq rəqslərinin daha dərindən araşdırılmasıdır. Türk Musiqisi Dövlət Konservatoriyasının rektoru Ruhi Ersoyun sözlərinə görə, öz dəyərlərini qoruyaraq müasirləşməkdə olan türk dünyasında Türkiyə və Azərbaycan Orta Asiyaya və Avropaya açılan qapıdır və zəngin təcrübəyə malik Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Bu müddət ərzində konfrans, simpozium və seminarların keçirilməsi nəzərdə tutulub.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar