Xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə kanonçalan qızlardan ibarət «İnci» ansamblı birgə layihə üzərində çalışır. «İnci»nin rəhbəri Təranə Əliyevanın bildirdiyinə görə, bu ideya musiqi tariximizə yenilik gətirəcək: “İlk dəfədir ki, orkestrlə kanonçular birgə layihə üzərində çalışırlar. Bizim ansambl dövlət tədbirlərində Kamera Orkestri ilə eyni səhnədə dəfələrlə çıxış edib. Teymur Göyçayevlə bu qənaətə gəldik ki, hər iki kollektivi birləşdirib maraqlı layihə təqdim edək. Teymur müəllim nəzərdə tutulan proqramı orkestr üçün işləyəcək. Daha sonra «İnci» ansamblının 7 nəfərlik heyətilə birlikdə həmin proqramın sintezinə başlayacağıq. Bir neçə mərhələdən sonra hazır proqram konsert şəklində tamaşaçılara təqdim ediləcək. Onu da qeyd edim ki, proqrama daxil edilən əsərlər bu günə qədər kanon alətində ifa olunmayıb. Biz bilərəkdən belə bir seçim etdik ki, tamaşaçı üçün yenilik olsun”.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar