R.Behbudov adına Mahnı Teatrında 4-cü Gitara Musiqisi gecəsi keçirildi. Budəfəki gecə 19 yaşlı gənc gitaraçı Leyla Quliyevanın solo-konsertinə həsr olunmuşdu. Onu həmçinin təhsil aldığı musiqi məktəbinin müəllimi A.Semyonov müşahidə edirdi. Gecədə ispan, Kuba, qaraçı xalq rəqsləri ilə yanaşı, İ.Bax, İ.Vaqner, A.Kramskoy, F.Qoyan kimi görkəmli bəstəkarların gitara üçün bəstələdiyi əsərlər də səsləndirildi. Konsertdən sonra gənc gitaraçı ilə etdiyimiz söhbətin mövzusu da elə klassik gitara ifası ilə bağlıydı.
  
   - Leyla, bizdə qadınlar əsasən pianino ixtisasına yiyələnməyə çalışır. Bəs sənin gitaraya həvəsin haradan yarandı?
   - Kiçik yaşlarımda 16 saylı Musiqi Məktəbinin skripka sinfinə gedirdim. Məni məktəbə aparıb-gətirmək müəyyən çətinlik yaradanda məktəbi tərk etməli oldum. Ümumiyyətlə, gitara musiqisi uşaqlıqdan diqqətimi çəkirdi. Əlbəttə, mən o zaman ciddi gitara musiqisinin nə demək olduğunu bilmirdim. Həm də gitaranı istənilən yerə daşımaq mümkündür. Beləcə orta ixtisas musiqi məktəbinin gitara sinfinə daxil oldum.
   - Fikir verdim, dinləyicilər gitarada milli musiqilərimizi, ifa edəndə daha çox sənə diqqət kəsilmişdilər.
   - Xüsusilə “Ad günü” mahnısında...
   - Bəs bugünkü çıxışını özün necə qiymətləndirirsən?
   - Alqışlara görə hər kəsə təşəkkür edirəm.Amma müəyyən səhvlərim oldu və çatışmazlıqları özüm üçün təhlil edəcəyəm.
   - Musiqi sənin üçün hobbidir? Axı ingilis dili ixtisası üzrə ali təhsil də alırsan.
   - Gitara sinfi beşillikdir. Oranı artıq bitirmişəm. Sadəcə olaraq, qaydalara görə imtahan verib 6-cı ilə keçirsən. Bu il isə, əsasən çıxışlara, konsertlərə, səhnə təcrübəsinə yiyələnməyə sərf olunur. Ümumiyyətlə, musiqi mənim əsas seçimimdir. Gitara ilə konsertlər vermək, disklər hazırlamaq istəyirəm. Planlarım genişdir. Həm də gələcək çıxışlarımda repertuarımı Azərbaycan musiqiləri ilə zənginləşdirmək istəyirəm. İndi repertuarımızda Avropa musiqisi üstünlük təşkil edir.
   - Azərbaycan musiqisi gitarada necə səslənir?
   - Gitara musiqisi bizdə zəif inkişaf edib. Buna görə bəstəkarlarımız da sırf gitara əsəri yazmayıblar. Avropada çıxış etsək, bizdən mütləq öz gitara əsərlərimizin ifasını istəyəcəklər.
   - Kumirin olan gitaraçı...
   - İspan gitaraçısı Papa de Lersya, ölkəsində ona heykəl də qoyublar. Repertuarımda isə əsasən Baxın, Culyaninin, Aquadonun klassik əsərlərinə üstünlük verirəm.
   - Bəs bizim gitaraçılardan?
   - Milli musiqiyə üstünlük verən Rəmişi dinləmişəm.
   - Telekanallarımız və gitara musiqisi...
   - Bilirsiniz, hələ nə bizim konservatoriyada, nə də İncəsənət Univerestetində gitara sinfi yoxdur.Telekanallarda isə klassik gitara musiqisinə rast gəlinmir. Amma bu gün siz də gördünüz ki, bizim çıxışımıza qulaq asmağa nə qədər gənc gəlmışdi... Mən bir dəfə İTV-nin mədəniyyət proqramında çıxış etmişəm. Gələn reaksiyalar gitara musiqisi dinləmək istəyənlərin heç də az olmadığını göstərir.Televiziyada isə əsasən müğənni ifalarına üstünlük verirlər. Bizdə gitara musiqisi kifayət qədər təbliğ edilmədiyindən, bu sahədə boşluqlar yaranır.
   - Bir sıra gitaraçılar həm də oxuyurlar...
   - Dünyada həm gitarada ifa edən, həm də oxuyan kifayət qədər tanınmış musiqiçilər var. Lakin onları əsasən müğənni adlandırırlar. Sırf gitaraçılar isə oxumurlar. Bu, belə qəbul edilib.
   - Elektron gitaranın sənin gitarandan fərqi?
   - Gitaranın əsasən beş istiqaməti var. Elektron gitara rok və estrada musiqisi üçündür. Altısimli və ispan gitarası klassik alət sayılır.
   - Gitaranı digər musiqi alətlərindən fərqləndirən sirr nədədir?
   - Ümumiyyətlə, gitaranı seçmisənsə, onun sirrini asanlıqla mənimsəyəcəyini, zəhmətsiz ifa etməni öyrənəcəyini düşünməməlisən. Hər bir alətin öz yeri var. Gitaranın sirri isə ən azı onun ifaçısındadır.
    - Sizin musiqi məktəbində gitara ixtisasına yiyələnmək istəyənlər nə qədərdir?
   - Dəqiq sayını bilmirəm, amma əvvəlki illərə nisbətən say etibarilə gitaranı seçənlər çoxluq təşkil edir.
   - Bir gün gitaraya laqeydliyi görüb ondan imtina edəcəksənmi?
   - Mən həyatımı gitarasız təsəvvür belə etmək istəmirəm.   

   Sabutay







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar