Gənc vokal ifaçısı, Musiqili Komediya Teatrının aktyoru Emin Quliyev vokal ifaçılarının bu ilin sentyabr ayının 14-16-da aralığında İspaniyanın Saraqosa şəhərində keşiriləcək beynəlxalq müsabiqədə iştirak hüququ qazanıb.Qeyd edək ki, məşhur ifaçı Monserat Kaballe adına müsabiqə gənc vokal ifaçıları arasında 3 ildən bir keşirilir. İlk üç yer üçün mükafat fondu müvafiq olaraq 12 min, 6 min və 3 min avro təşkil edən müsabiqəyə seçim ilk olaraq İnternet vasitəsilə aparılıb. Məhz bu seçimdə öz səsi ilə diqqəti cəlb edən Emin Quliyevə təşkilatçılar tərəfindən İspaniyaya - əsas mərhələyə dəvət göndərilib. E. Quliyevin müsabiqədə çıxışının repertuarı da məlum olub. O. J.Messnetin “Verter” operasından 6 ariya ifa edəcək. Qeyd edək müsabiqə iştirakçıları Kaballenin master-klasslarında iştirak hüququna malik olacaqlar. Müsabiqənin qalibi olacaq gənc isə təşkil ediləcək xüsusi konsertdə Kaballe ilə duet oxumaq imkanı qazanacaq.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar