Bu yaxınlarda Alman-Azərbaycan Mədəniyyəti Birliyi “Kapellhaus”da «Skripka musiqisi axşamı» proqramı ilə çox rəngarəng bir konsert düzənləndi. Əsasən Bakı Musiqi Akademiyasının simli alətlər kafedrasının dosenti, sənətşünaslıq namizədi, Q.Qarayev adına 11 illik Musiqi Məktəbinin müəllimi Hökümə Əliyevanın sinif şagirdlərinin ifalarından ibarət olan bu konsert «Uşaq ili»nə həsr olunmuşdu. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin fərmanına əsasən 2009 - cu il ölkəmizdə “Uşaq ili” elan edilib. Konserti, şagirdlərlə bərabər, həmçinin onların müəllimi H.Əliyevanın uzun müddət ərzində çəkdiyi zəhmətin və pedaqoji işinin bəhrəsi kimi də qiymətləndirmək olardı. Proqramlarından kifayət qədər yüksək əsərlər ifa edən şagirdlərin bir-birindən gözəl, rəngarəng ifaları ilə unudulmaz təəssüratlar yaradan Nərgiz Hüseynova, Elmin Təhməzov, Nazənin Vəkilova, Natiq Hüsiyev öz məharətli ifaları ilə onları dinləyən peşəkar ustad musiqiçiləri, ümumiyyətlə zalda oturan hər kəsi heyrətə gətirdilər. H.Əliyev adına Respublika müsabiqəsinin laureatı, III sinif şagirdi zərif çalğısı ilə hər bir kəsin könlünü oxşayan Nərgizin ifasında Hendel - Sonata N 4 (4 hissə),Q.Qarayev - “Yeddi gözəl” baletindən Adajio, Sarasate - “Andaluz romansı”, Brux -Konsert, I hissə; həssaslığı, səs keyfiyyətinin zənginliyi və melodik duyumu ilə fərqlənən IX sinif şagirdi Elminin təqdimatında Bax -1-ci Partitadan Kuranta Dubl, A.Məlikov -“Məhəbbət əfsanəsi” baletindən Məhmənəbanu və Vəzir, Sarasate - “Capateado”, Venyavski - Konsert N 2 (I hissə); texniki imkanların sərbəstliyi, dinamik hərəkətləri, məlahətlili səsi ilə seçilən X sinif şagirdi Natiqin çalğısında Bax - Sonata N 3 - Largo, Allegro assai, A.Məlikov -“Məhəbbət əfsanəsi”baletindən Noktürn, Sarasate -İntroduksiya və Tarantella, Venyavski - Konsert N 1(II, III hissələr); ifa texnikası, cəldliyi, səhnə sərbəstliyi və emosionallığı ilə yaddaqalan XI sinif şagirdi Nazəninin ifasında Bax -2-ci Partitadan Sarabanda-Jiqa, F.Əmirov -“Muğam-Poema”, Sarasate -“Qaraçı Təranələri”, Sibelius - Konsert I hissə böyük maraqla dinlənildi. Konsertmeysterlər - Sevinc Kərimova və Arzu Səfərovanın orijinal, özünəməxsus müşayiətləri isə konsertə və iştirakçıların ifalarına xüsusi bir çalar, rəngarənglik verdi. Sözsüz ki, bütün bu deyilən müsbət fikirlər - yüksək ifalar, şagirdlərin professional hazırlıqları, konsertin təşkili və həyata keçməsində Hökümə Əliyevanın böyük zəhmət çəkdiyini xüsusilə qeyd etmək lazımdır.
   Ümid edirik ki, pedaqoji fəaliyyətin məsuliyyətlini dərindən duyan Hökümə Əliyevanın bu təqdirəlayiq işi daha geniş vüsət alacaq. Şagirdlər isə daha çox çalışmaq əzmində olaraq müəllimlərinin əməyinə layiq olacaqlar. Bu işdə onlara daim yaradıcılıq axtarışları və tükənməz güc arzulayırıq.
  
   Leyla Əliyeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar