Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Polşa bəstəkarı F.Şopenin anadan olmasının 200 illiyinə həsr edilmiş konsert olacaq. Konsertin may ayının 6-da keçirilməsi nəzərdə tutulub. Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutacaq tədbirdə beynəlxalq müsabiqələr laureatı Stanislav Deya çıxış edəcək. Qeyd edək ki, Polşa parlamentinin qərarı ilə dünyanın hər yerində F.Şopenin 200 illiyinə həsr edilmiş musiqili gecələr gerçəkləşəcək.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar