Milli musiqi alətləri ifaçılarının 4-cü Respublika müsabiqəsi yekunlaşdı. Final turun simli alətlər üzrə 1-ci mərhələsi Mingəçevir, nəfəs və zərb alətləri üzrə 2-ci mərhələsi Yevlax şəhərində keçirilib. Milli musiqi alətlərinin təbliğinə və gənc istedadların üzə çıxmasına xidmət edən müsabiqəyə 34 şəhər və rayondan 30 yaşa qədər 120 nəfər qatılıb. Müsabiqənin seçim turu aprel ayında bölgələrdə keçirilib. Ən yaxşı ifaçılar final mərhələsinə vəsiqə qazanıblar. Mayın 11-dən 21-nə qədər keçirilən bu mərhələdə onların ifasını xalq artistləri Ağaverdi Paşayev, Möhlət Müslümov, Fəxrəddin Dadaşov, Sadıq Zərbəliyev və başqaları qiymətləndirib. Simli və zərb alətləri üzrə Mingəçevir və Sumqayıt şəhərlərinin təmsilçiləri 1-ci, Ağstafa, Şəmkir, Abşeron, Kəlbəcər rayonlarının nümayəndələri 2-ci və 3-cü yerləri tutublar. Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplomları və hədiyyələri təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar