Tədbir Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək
   
   Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Osloda konsert keçiriləcək. NAYO sədri Ramil Əliyevin verdiyi məlumata görə, konsert iyun ayının 13-də keçiriləcək. Konsertdə Lalə Məmmədova, Rəşad İlyasov, Əfqan Rəsul, Elməddin İbrahimov, Sahib Paşazadə, Toğrul Əsədullayev və başqaları iştirak edəcəklər.
   Konsertdən sonra Norveç Azərbaycanlıları Gənclər Təşkilatının polşalı üzvü Justyna Rozadskanın hazırladığı ”Müasir və Qədim Azərbaycan” və “FOCUS: Norveç və Azərbaycan Gənclərinin Dostluq və Əməkdaşlığı”na həsr olunmuş fotosərgilərin açılışı keçiriləcək. Həmin sərgidə, eyni zamanda Güney Azərbaycana, Bakı və Osloya həsr olunmuş rəsmlər də nümayiş olunacaq. Bu tədbirlərin keçirilməsində məqsəd Norveçdə yaşayan azərbaycanlıları daha da sıx birləşdirməkdir.
   Konsert və sərgi layihələrinin ikinci ən əsas məqsədi bütöv Azərbaycan mədəniyyətini norveçlilərə və Norveçdə yaşayan əcnəbilərə tanıtmaqdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar