Kamera və Orqan Musiqisi Zalında F.Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbinin vokal şöbəsinin tamaşaçılar qarşısında hesabat konserti oldu. Konsertin bədii rəhbəri və dirijoru Teymur Göyçayev olan Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri müşayiət edirdi. İncəsənət məktəbinin gənc vokalçıları - N.Mürşüdovanın, İ.Hüseynovanın, Ü.Yanborisovanın, E.Tahirovun, N.Abdullazadənin ifasında Q.Qarayevin, F.Əmirovun, T.Quliyevin, Niyazinin və bir çox xarici müəlliflərin əsərləri geniş auditoriyaya təqdim edildi. Qeyd edək ki, tədbir musiqi məktəbləri tarixində açıq hesabat konserti ilə bu cür auditoriyada ilk hadisədir. Uğurla keçən və alqışlarla qarşılanan konsertdə gənc vokalçılar 16 əsər ifa ediblər.   

  Səbuhi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar