ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 8-10 iyun tarixlərində Brayan Horton Kvarteti Bakıda bir sıra konsert və seminarlarda Amerika cazını səsləndirəcək. Bu barədə ABŞ səfirliyindən məlumat verilib.
   İyunun 8-də Kvartet Azərbaycan Dövlət Filarmoniyasında konsertlə çıxış edəcək. Əsasən dəvətli qonaqlar üçün keçirilən bu konsertə az sayda bilet filarmoniyanın kassasında satışa çıxarılacaq.
   Bununla bərabər, Amerikanın caz səfirləri Bakıda iki pulsuz konsert də verəcək. Birincisi iyunun 9-u Caz Mərkəzində və digəri iyunun 10-da Rotunda Ləndmark Konsert Zalında təşkil olunacaq. Konsertlərlə yanaşı, Brayan Horton Kvarteti Caz Mərkəzində və Bülbül adına Musiqi Məktəbində tələbələr üçün seminar və master-klass keçirəcək.
   Brayan Horton Kvarteti Bakıya Ritmin Yolları-Xaricdə Amerika Musiqisi Proqramı çərçivəsində dəvət olunub. Sözügedən proqram Linkoln Mərkəzində Caz, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosu və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən birgə maliyyələşdirilib. Proqram çərçivəsində 10 ansambl Asiya, Afrika, Balkan ölkələri, Avropa, Latın Amerikası və Yaxın Şərqdə konsertlərlə çıxış edir. Ritmin Yolları proqramı Birləşmiş Ştatlarla Amerika musiqiçilərinin səfər etdikləri ölkələr arasında qarşılıqlı hörmət və anlaşmanı təşviq etmək üçün 2005-ci ildə təsis olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar