Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə həmişə xalqının, dövlətinin mənafeyini düşünüb, bu yolda çox ciddi və qətiyyətli addımlar atıb. Hətta millətin işıqlı gələcəyi naminə həyatını dəfələrlə risklərə də atıb. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən əvəzolunmaz siyasi lider kimi paytaxt Bakıya gəlməsi və darhal da Gəncəyə yollanıb burada baş vermiş vətəndaş qarşıdurmasını dayandırması məhz dediyimiz riskli addımlardan idi. Həmin vaxt o, Gəncədə baş verən və bütün ölkəni vahimə içərisində saxlayan məlum hadisənin qarşısını aldı. Bu addımla o, Azərbaycanın parçalanmaz olduğunu bir daha fitnəkarların nəzərinə çatdırdı.
Bu və sonralar bir-birinin ardınca reallaşan irili-xırdalı bütün qələbələrin əsası isə, az öncə qeyd etdiyimiz kimi, məhz 15 iyun 1993-cü ildə - ulu öndərin ikinci dəfə hakimiyyətə qayıtması ilə qoyuldu. Məhz bu səbəbdəndir ki, xalqımız bu günü hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. Gəncə şəhərində də 15 İyun - Milli Qurtuluş Günü böyük təntənə ilə qeyd olundu. Bütün digər tədbirlərlə yanaşı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri mərkəzi meydanda - ümummilli lider, dahi siyasi xadim Heydər Əliyevin əzəmətli abidəsi ətrafında böyük konsert proqramı ilə çıxış etdi. Konsertdə Azərbaycanın klassik musiqilərindən nümunələr səsləndirildi. Bu musiqilər hər kəsin böyük marağı və alqışları ilə qarşılandı. Konsret proqramına xeyli sayda insan qatılmışdı. Həmin tarixi günün ərəfəsini çox xoş əhval-ruhiyyə ilə yaşayan qədim Gəncə və onun sakinləri 15 İyun - Milli Qurtuluş Gününü böyük bayram konserti ilə başa çatdırdı.