Hələ uşaq yaşlarından Azərbaycanın adını zirvələrə qaldıran, onun mədəniyyət və incəsənətini ölkə hüdudlarından kənarda təbliğ edən, vətənimizə kiçik yaşlarında böyük şöhrət gətirən onlarla uşaqlarımız var. Lakin belə uşaqların içərisində istedadı ilə xüsusilə fərqlənənlər də vardır ki, onlardan birini sizlərlə də tanış etmək istərdim. Bu gənc 18 yaşlı Firuzə Xəncəlovadır. Onun musiqi istedadından və skripkaya olan sevgisindən danışmağa dəyər. O, 2005-ci ildə Bakıdakı Q.Qarayev adına 11 illik Musiqi Məktəbinin 7-ci sinfinin skripka bölməsini bitirib. 2005-2006-cı illərdə isə təhsilini davam etdirmək məqsədilə Moskva Orta İxtisas Musiqi Məktəbinin 8-ci sinfinə daxil olur. Lakin bəzi ailə məsələlərilə bağlı təhsilini yarımçıq qoyan Firuzə yenidən Bakıya qayıtmalı olur və bu dəfə 9-cu sinfi R. Behbudov adına 2 saylı 11 illik Musiqi Məktəbində davam etdirir.
   İstedadlı, gələcəyinə ümidli olduğumuz gənc skripkaçı Firuzə Xəncəlova hətta festival və konkurslarda da çıxışlar edərək laureat və diplomant adını qazanıb. 2007-ci ildə isə Respublika Gənclər Festivalında I yerlə təltif olunur.
   Moskvada konservatoriyada təhsil aldığı müddətdə isə artıq özünü istedadlı skripka ustası kimi təsdiqləyə bilmişdir. Həddindən artıq gözəl musiqi duyumuna malik olan Firuzə Sen-Sansa N 3, Paqanini N 1, Prokofyeva N 1, Çaykovskinin Təxəyyül və vals-skerco və başqalarının bəstələrini hazırlayaraq ifa etmişdir. O, bir çox xarici ölkələrdə çıxışlar edərək ölkəmizə şöhrət gətirmişdir. 2008-2009-cu illərdə Almaniyada (“Reyn musiqi” Beynəlxalq Festivalı- Dyusseldorf-Duysburq-Ansbax, iyul 2008), ABŞ-da Vladimir Spivakovun Beynəlxalq Xeyriyyə Fondunun xətti ilə (Nyu York və Boston, noyabr 2008), həmçinin Avstriyada (Rusiya Mədəniyyət Mərkəzi, Vyana, mart 2009) və s. konsertlərdə uğurlu çıxışlar etmişdir. Almaniya və Rusiyada ustad kurslarında iştirak edən Firuzə Xəncəlova bu ilin may ayında “Moskva dostları qarşılayır” adlı Beynəlxalq festivalda BXF rəhbəri Vladimir Spivakovun fortepiano üzrə triosunun tərkibində çıxış edir. Hazırda isə Moskva Konservatoriyasının məzunu olan Firuzə bu həftə doğma məkanda, R.Behbudov adına 2 saylı Musiqi Məktəbinin şagird və müəllimləri üçün konsert verdi. İfasıyla könülləri xoş edən Firuzə dinləyicilərə xoş anlar bəxş etdi.
   Tədbirin sonunda Firuzəylə balaca bir söhbətimiz də oldu. O, bu istedadında müəllimlərinin də əvəzsiz əməyinin olduğunu bildirərək uğurunun yarısını onlara borclu olduğunu söylədi. İnsana həddindən artıq sakit və mülayim, məsum qızcığaz təsiri bağışlayan yaradan bu balaca skripkaçı xanımımıza yaradıcılıq fəaliyyətində uğurlar diləyirik!
   
   Yeganə CANSAİL






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar