İyulun 27-də İsveçrənin Verbye şəhərində "Avropa Birliyi" adlı ənənəvi musiqi festivalı keçiriləcək. Festival çərçivəsində dünyada məşhur olan skripka ifaçısı, əslən bakılı Dmitri Sitkovetski öz solo-konserti ilə çıxış edəcək.
   Məşhur Ratner sülaləsinin davamçısı, böyük piano ifaçısı Bella Davidoviçin oğlu Dmitri Sitkovetski konsert proqramına həmvətəni, məşhur Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin bəstəsi olan "Habilsayağı" əsərini daxil edəcək.